Ucar və Salyanda oğurluq edən şəxslər saxlanılıb

Ucar və Salyanda oğurluq edən şəxslər saxlanılıb
# 10 may 2016 10:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ucar və Salyan rayonlarında oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Ucar rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də Ucar Konserv Zavoduna məxsus anbardan 5 ədəd şirəvuran mühərrik oğurlamış rayon sakinləri, əvvəllər məhkum olunmuş Nurlan Məmmədov, Camal Cəbrayılov və Nicat Cəfərov yaxalanıb.

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə mayın 7-də rayon ərazisindəki “Evrascon” MMC-yə məxsus düşərgədən 2 ədəd kondisioner və 1 ədəd su mühərriki oğurlamış rayon sakinləri Yunis Qasımov və Qalib İmanzadə saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR