Bakıda çoxmərtəbəli yaşayın binasında elektrik sayğacları yanıb

Bakıda çoxmərtəbəli yaşayın binasında elektrik sayğacları yanıb
# 05 iyun 2016 07:24 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 6-cı mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR