Bank Of Baku

Ali Məhkəmə “Royal Bank”ın keçmiş vəzifəli şəxslərinin şikayətini təmin etməyib

Ali Məhkəmə “Royal Bank”ın keçmiş vəzifəli şəxslərinin şikayətini təmin etməyib
# 22 iyun 2018 14:36 (UTC +04:00)

Ali Məhkəmədə "Royal Bank” ASC-nin “Tovuz” filialının dələduzluqda və mənimsəmədə ittiham olunan müdiri Ədalət Müseybov, ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev və  bankın digər vəzifəli şəxslərinin kassasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

 

 

APA-nın məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

 

Qeyd edək ki, şikayətdə təqsirləndirilən şəxslərə bəraət verilməsi istənilirdi.

 

 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ədalət Müseyibov 8 il, Anar Tağıyev 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilənlər - Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov və Fikrət Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alıblar.

 

Təqsirləndirilən şəxslərin hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR