Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 10 ay ərzində 6 mlrd. manata yaxın vəsait daxil olub

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 10 ay ərzində 6 mlrd. manata yaxın vəsait daxil olub
# 11 noyabr 2015 10:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 mlrd. 970 mln. 247 min manat vəsait daxil olub.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin on ayı ilə müqayisədə 174 mln. 727 min manat və ya 2,84 % azdır. Bununla belə, proqnoz tapşırığına 100,1% əməl edilib.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 mlrd. 144 mln. 974 min manat vəsait daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR