Bank Of Baku

Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb

Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
# 22 iyun 2018 13:28 (UTC +04:00)

Neftçalada narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat keçirilib.


DİN mətbuat xidmətinin Şirvan regional qrupundan APA-nın verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Neftçala rayonu Qədimkənd sakini Zöhrab Hüseynov saxlanılıb.


RPŞ əməkdaşları tərəfindən Qədimkənd ərazisində ona məxsus kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR