Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
# 26 iyun 2016 06:52 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabad rayonunun Qaragüney kəndi ərazisində kəndin sakini, 64 yaşlı Süleymanov Məhərrəm Ramazan oğlu yolu keçmək istərkən onu Sabirabad rayonunun Qarağac kənd sakini, Abdullayev Mirələmin idarə etdiyi VAZ 2106 markalı 10 CX 460 dövlət nömrə nişanlı avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ağır bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR