Bakıda bacısını öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda bacısını öldürən şəxsin məhkəməsi başlayıb
# 16 noyabr 2016 08:11 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 23-ə təyin edilib.


Qeyd edək ki, bu ilin mayında Bakının Nərimanov rayonunda Emin Çobanov münaqişə zəminində bacısı Rübabəni mübahisə zəminində bıçaqla qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR