İngiltərə Liqa Kubokunun matçında azarkeşlər arasında toqquşma olub

İngiltərə Liqa Kubokunun matçında azarkeşlər arasında toqquşma olub
# 27 oktyabr 2016 03:07 (UTC +04:00)

Bakı-APA. İngiltərədə iki futbol klubunun azarkeşləri arasında dava düşüb.

APA-nın məlumatına görə, İngiltərə Liqa Kubokunun 4-cü mərhələsinin oyununda Londonun “Vest Hem” və “Çelsi” klubları qarşılaşıb. Qarşılaşma “Vest Hem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun son dəqiqələrində iki klubun fanatları plastik oturacaqları sındıraraq, bir-birilərinə atıblar. Daha sonra dövrəyə butulkalar, dəmir pullar da girib. Vəziyyət stüardların nəzarətindən çıxıb və toqquşmalar baş verib.

Fanatları polis qüvvələrinin səyi nəticəsində sakitləşdirmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR