Azərbaycanda qohum olmayanlardan sümük iliyi transplantasiyası həyata keçiriləcək

Azərbaycanda qohum olmayanlardan sümük iliyi transplantasiyası həyata keçiriləcək
# 14 dekabr 2016 09:11 (UTC +04:00)

“Gələn ildən Azərbaycanda qeyri-qohumlar arasında da sümük iliyi transplantasiyası həyata keçiriləcək”.


APA-nın məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin Sümük İliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyeva deyib. Şöbə müdiri bildirib ki, mərkəz artıq Avropa Sümük İliyi Bankının üzvüdür: “İndiyədək sümük illiyi transplantasiyası bacı və qardaşdan olub. Bu yaxınlarda bir xəstəyə atasından sümük illiyini uğurla köçürdük. Avropa Sümük İliyi Bankına üzv olmağımız bizə imkan verəcək ki, yaxın vaxtlarda qeyri-qohum sümük illiyi transplantasiyası əməliyyatı həyata keçirək. Donorlar əsasən 2 yaşdan yuxarı olub. Bu il ilk dəfə 6 aylıq donorumuz olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR