Dövlət büdcəsinə gömrük daxilolmaları 66% artıb

Dövlət büdcəsinə gömrük daxilolmaları 66% artıb
# 12 dekabr 2016 13:07 (UTC +04:00)

Bu ilin noyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 219,614 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 87 mln. 31,95 min manat və ya 65,64% çoxdur.

"APA-Economics" qurumun açıqladığı statistikaya istinadən xəbər verir ki, oktyabr ayı ilə müqayisədə isə dövlət büdcəsinə daxilolmalar 36 mln. 479,4 min manat və ya 19,92% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 53,337 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 158,553 mln. manat, aksizlər üzrə 5,037 mln. manat, yol vergisi üzrə isə 2,687 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR