Bank Of Baku

Avropa Oyunlarında iştirak edən İsrail nümayəndə heyəti Bakıdakı sinaqoqları ziyarət edib

Avropa Oyunlarında iştirak edən İsrail nümayəndə heyəti Bakıdakı sinaqoqları ziyarət edib
# 22 iyun 2015 13:04 (UTC +04:00)

APA-nın məlumatına görə, əvvəlcə qonaqlar dağ yəhudilərinin sinaqoquna baş çəkiblər. Burada onları Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayev qarşılayıb və sinaqoq barədə məlumat verib. M. Yevdayev bildirib ki, yəhudilər Azərbaycanda uzun illərdir sülh və tolerantlıq şəraitində yaşayırlar və ölkədə birgə yaşayış üçün bütün şərait mövcuddur. 

 

Daha sonra qonaqlar Avropa yəhudilərinin (aşkenazi) sinaqoqunda olublar. Burada da onlara sinaqoqun fəaliyyəti barədə məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
 
Görüşlərdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və İsrail  Olimpiya Komitәsinin rəhbəri İgal Karmi də iştirak edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR