Bank Of Baku

Avstriya Olimpiya Komitəsinin baş katibi Bakıdakı idman obyektlərinə heyran qalıb

Avstriya Olimpiya Komitəsinin baş katibi Bakıdakı idman obyektlərinə heyran qalıb
# 22 iyun 2015 09:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Avstriya Olimpiya Komitəsinin ilk Avropa Oyunları ilə bağlı mövqeyi müsbətdir“. APA-nın məlumatına görə, bunu qurumun baş katibi Piter Mennel Avstriyanın “vorarlbergernachrichten.at” saytına müsahibəsində deyib.

 

P. Mennel oyunlar üçün tikilmiş idman obyektlərinə heyran qaldığını və Bakının Avropa Oyunları üçün ideal məkan olduğunu bildirib: “Bu oyunlardan sonra Bakı Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı 2016 və 2020-ci illərlə bağlı müraciətlərindəki uğursuzluğun əvəzini çıxa bilər. Bu dəfə müraciət edərsə, artıq müsbət cavab almaq şansları yüksəkdir“.

 

P. Mennel 17 günlük oyunların 10 günündə 8 medala sahib olmalarını yaxşı nəticə kimi qiymətləndirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR