Bank Of Baku

Azərbaycan boksçuları yarımfinala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar

Azərbaycan boksçuları yarımfinala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar
# 22 iyun 2015 06:59 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 7 çəkidə yarımfinalçılar bilinəcək.

 

Azərbaycanın kişi boksçuları bütün çəki dərəcələrində qüvvələrini sınayacaqlar. 

 

Kişilər arasında 49 kq çəki dərəcəsində Avropa və dünya çempionu Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulacaq. Boksçumuz ilk cəhddə irlandiyalı Brendan İrvinlə gücünü yoxlayacaq.

 

52 kq çəkidə Elvin Məmişzadə Bolqarıstan təmsilçisi lDaniel Asenovla döyüşəcək.

 

56 kq çəki dərəcəsində Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qarşılaşacaq.

 

81 kq çəkidə mübarizə aparan Teymur Məmmədov hərbçilər arasında dünya çempionu olan hollandiyalı Peter Mullenberqlə qarşılaşacaq.

 

+91 kq çəki dərəcəsində isə Məhəmmədrəsul Məcidovun 1/4 finalda rəqibi türkiyəli Ali Dəmirəzəndir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR