Apasport.az saytının məlumatına görə, bu gün 8 çəki dərəcəsində (5 kişi, 3 qadın) görüşlər nəzərdə tutulub.
Qadınlar arasında 60 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı olub. Dünya çempionatının finalçısı yarımfinal yolunda Zinayda Dobrinina ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.