Bank Of Baku

Azərbaycan pilotu Türkiyə Kartinq Çempionatının 3-cü mərhələsində birinci olub

Azərbaycan pilotu Türkiyə Kartinq Çempionatının 3-cü mərhələsində birinci olub
# 03 iyul 2015 15:28 (UTC +04:00)

Bakı - APA. Azərbaycanlı pilot Gülhüseyn Abdullayev Türkiyə Kartinq Çempionatının 3-cü mərhələsində “RMC DD 2” kateqoriyası üzrə birincilik qazanıb. Yarışlar iyunun 27-28-də İzmit Körfəz Yarış Pistində keçirilib.

 

Azərbaycan Avtomobil Federasiyasından APA-ya verilən məlumata görə, beş kateqoriyada keçirilən yarışda 23 idmançı mübarizə aparıb. Gülhüseyn Abdullayev sıralamada və üç yarışda birinci olaraq, ümumi nəticədə 3-cü mərhələnin “RMC DD 2” kateqoriyası üzrə qalibi olub. Berk Durak ikinci, Mehmet Çınar isə üçüncü yer tutub.

 

Ümumilkdə altı mərhələdən ibarət  Türkiyə Kartinq Çempionatının dördüncü yarışları avqustun 15-16-da Uşak şəhərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR