Bank Of Baku

Azərbaycanın 8 samboçusu ¼ finalda yarışacaq

Azərbaycanın 8 samboçusu ¼ finalda yarışacaq
# 22 iyun 2015 06:51 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 1 gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşəcək.

 

Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayacaq. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.

 

Kişilər arasında 57 kq çəki dərəcəsində Azərbaycan samboçusu İslam Qasımov 1/4 final görüşündə rumıniyalı Orlando Qruia ilə üz-üzə gələcək.

 

74 kq çəki dərəcəsində təmsilçimiz Amil Qasımov 1/4 finalda Tadey Cutuk (Sloveniya) – Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

 

90 kq çəki dərəcəsində Kənan Qasımovun 1/4 final mərhələsində rəqibi ukraynalı İvan Vasilçuk olacaq.

 

+100 kq çəki dərəcəsində isə Vasif Səfərbəyov 1/4 finalda Bayro Maşoviçlə (Makedoniya) üz-üzə gələcək.

 

Qadınlar arasında 52 kq çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edəcək. O, ilk görüşünü 1/4 finalda keçirəcək. Təmsilçimiz Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gələcək.

 

60 kq çəki dərəcəsində Şəhanə Hüseynova Yana Kostenko (Rusiya) - Şorena Şaradze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

 

64 kq çəkidə 1/4 finaldan mübarizəyə qoşulacaq Fəridə Qurbanova ilk görüşündə Moldova təmsilçisi  Yekaterina Sretu ilə görüşəcək.

 

68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə yarımfinala yüksəlmək üçün Olqa Namazova (Belarus) ilə qarşılaşacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR