Bank Of Baku

Bakı-2015: Azərbaycanın boks yığması daha 3 qızıl medal qazanıb - VİDEO - FOTOSESSİYA - YENİLƏNİB

Bakı-2015: Azərbaycanın boks yığması daha 3 qızıl medal qazanıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 27 iyun 2015 16:27 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, həmyerlimiz finalda rusiyalı Aleksandr Besputindən üstün olub.

 

Gənc boksçumuz rəqibini 3:0 hesabı ilə məğlub etməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

İnamlı qələbələrlə finala qədər irəliləyən Abdulqadir Abdullayev (91 kq) üçün isə həlledici görüşün prinsipial xarakterli olması gözlənilsə də, o, rinqə çıxmadan qalib elan olunub. Səbəb Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanın sağlamlığında problem yarandığı üçün döyüşdən imtina etməsi olub. 

 

Qeyd edək ki, bununla da boksçularımızın qazandığı qızıl medalların sayı 6-ya çatıb. 

 

*** 18.57

 

Bakı – APA. Azərbaycanın boks üzrə yığmasının üzvü Albert Səlimov (60 kq) qızıl medal qazanıb.

 

Apasport.az saytının məlumatına görə, A. Səlimov həlledici görüşdə təcrübə baxımından ondan geri qalan fransalı Sofian Oumihaya qalib gəlib.

 

Uğurlu seriyasını davam etdirən A. Səlimov bu dəfə də 3:0 (29:28; 30:27; 29:28) hesablı qələbə sayəsində çempion tituluna yiyələnib.

 

Bununla da boks komandamız 4-cü, yığmamız isə 19-cu "qızıl"ı rəsmiləşdirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR