Bank Of Baku

Bakı-2015: Daha bir boksçumuz yarımfinala çıxıb - FOTOSESSİYA - VİDEO

Bakı-2015: Daha bir boksçumuz yarımfinala çıxıb  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 iyun 2015 18:16 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 81 kq çəkidə mübarizə aparan Teymur Məmmədov hərbçilər arasında dünya çempionu olan hollandiyalı Peter Mullenberqlə qarşılaşıb. Bura qədər iki idmançını - Joşua Buatsi (Böyük Britaniya) və Yordan Kulinskini (Polşa) üstələyən 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı bu sınaqdan da üzüağ çıxıb. Avropa çempionumuz rəqibini 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub edərək, 1/2 finalda iştirak hüququ qazanıb. Məmmədov yarımfinala vəsiqə sayəsində Əliyev və Məmişzadə kimi bürünc medalı özünə təmin edib. 

 

O, finala gedən yolda rusiyalı Pavel Silyaginlə üz-üzə gələcək. İdmançımızın rəqibi 1/4 finalda İqor Teziyevi (Almaniya) mübarizədən kənarlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR