Bank Of Baku

Bakı-2015: İdman gimnastikası yarışlarına yekun vurulub

Bakı-2015: İdman gimnastikası yarışlarına yekun vurulub
# 20 iyun 2015 17:44 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında 14 dəst medalın sahibi müəyyənləşib.

 

Avropa oyunlarının 42 medalını 12 ölkədən olan gimnastlar qazanıb. 5 dəfə fəxri kürsüyə yüksələn təmsilçilərimiz mükafat sayında 5-ci yeri tutub.

 

Hesabında 1 qızıl, 2 gümüş və 2 bürünc medal olan yığmamız Rusiya, İsveçrə, Ukrayna və Almaniyadan geri qalıb. Şimal qonşularımız 11 medalla bütün rəqiblərindən böyük fərqlə üstün olub.

 

Qeyd edək ki, Azərbaycan millisi komanda yarışlarında 3-cü olubsa, yığmamızın üzvü Oleq Stepko daha 4 medala yiyələnib. O, paralel qollarda qızıl, çoxnövçülük və gimnastikada gümüş, dayaqla tullanmada bürünc mükafatçı olmağı bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR