Bank Of Baku

Bakıda Avropa Oyunlarının mədəniyyət günləri çərçivəsində keçirilən klassik bodibildinq və fitness yarışının açılış mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda Avropa Oyunlarının mədəniyyət günləri çərçivəsində keçirilən klassik bodibildinq və fitness yarışının açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyun 2015 14:03 (UTC +04:00)

Bakı - APA. Bu gün "Bakı-2015" I Avropa Oyunlarının mədəniyyət günləri çərçivəsində keçirilən klassik bodibildinq və fitness yarışının açılış mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Azərbaycan Bodibildinq və Fitness Federasiyasının prezidenti Rauf Bünyadəliyev açıb.

 

R. Bünyadəliyev çıxışında Bakı 2015 I Avropa Oyunlarının mədəniyyət çərçivəsində keçirilən yarışın əhəmiyyətini vurğulayıb. O, bildirib ki, yarışlar 19-22 iyun tarixlərini əhatə edəcək. Daha sonra Y. Bünyadəliyev yarışda iştirak edən idmançılara uğurlar arzu edib.

 

"Bakı-2015" I Avropa Oyunlarının mədəniyyət günləri çərçivəsində keçirilən klassik bodibildinq və fitness yarışını gənclər və idman naziri Azad Rəhimov açıq elan edib.

 

Yarışda Çexiya, Xorvatiya, Latviya, Slovakiya, Macarıstan, İngiltərə, Rusiya, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Bolqarıstan, Polşa, İspaniya, Yunanıstan və Serbiyadan olan idmançılar iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR