Bank Of Baku

Britta Heidemann: “Avropa Oyunları Olimpiya üçün yaxşı motivasiyadır” - FOTO

Britta Heidemann: “Avropa Oyunları Olimpiya üçün yaxşı motivasiyadır” - <span style="color: red;">FOTO
# 22 iyun 2015 15:36 (UTC +04:00)

Bakı-APA. “Bakıda keçirilən Avropa Oyunları 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq Olimpiya Oyunları üçün yaxşı motivasiyadır”.

 

APA-nın xəbərinə görə, bu barədə Almaniyanın qılıncoynatma üzrə Olimpiya çempionu Britta Heidemann deyib.

 

32 yaşlı atlet  deyib ki, Avropa Oyunlarına medal qazanmaq niyyəti ilə qatılır: “Burada qalib gəlmək və Olimpiya Oyunlarına qədər formada qalmaq istəyirəm”.

 

Avropa Oyunlarında Alman nümayəndə heyətinin idman gimnastikası üzrə atleti Fabi Hambuchen də oyunları yüksək qiymətləndirib: “Bu oyunlar həqiqətən də Olimpiya Oyunlarına çox bənzəyir. Mən burada Olimpiya atmosferini hiss etdim”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR