Bank Of Baku

Gümüş medallı taekvondoçumuz: “Bundan sonrakı mübarizələrdə onu yenmək üçün səy göstərəcəyəm” - VİDEO

Gümüş medallı taekvondoçumuz: “Bundan sonrakı mübarizələrdə onu yenmək üçün səy göstərəcəyəm” - <span style="color: red;">VİDEO
# 18 iyun 2015 20:47 (UTC +04:00)

Bakı-APA. “Öncə sona qədər mənə dəstək olan və inanan Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Təəssüflər olsun ki, yığmamızın hesabına qızıl medal yazdıra bilmədim. Buna görə, Azərbaycan xalqından üzr istəyirəm”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan taekvondoçusu Fəridə Əzizova deyib.

 

Avropa Oyunlarının finalında Anastasiya Barişnikovaya (Rusiya) məğlub olaraq, gümüş medalla kifayətlənən idmançımız məğlubiyyətin səbəbini açıqlayıb. O bildirib ki, əsas hədəfi çempionluq olsa da, səhvləri qələbəsinə mane olub: “Artıq 4-cü dəfədi  rusiyalı idmançıya yenilirəm. Yəqin ki, bu mənim səhvimdən baş verir. Hər dəfə eyni səhvi edirəm və onu heç cür düzəldə bilmirəm. Bundan sonrakı mübarizələrdə onu yenmək üçün səy göstərəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR