Bank Of Baku

I Avropa Oyunlarında cüdo yarışları başlayır - FOTOSESSİYA

I Avropa Oyunlarında cüdo yarışları başlayır - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyun 2015 07:34 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 5 medal dəstinin müəyyənləşəcəyi gündə Azərbaycan millisinin 8 cüdoçusu tatami üzərinə çıxacaq.

 

Kişilər arasında 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçiləri Orxan Səfərov 1/8 finalda monteneqrolu Yan Siçardi ilə belaruslu Arif Bağırov görüşünün qalibi, İlqar Müşkiyev isə ispaniyalı Franssiko Qarriqosla israilli Alon Rəhim duelinin qalibi ilə üz-üzə gələcək.

 

66 kq çəki dərəcəsində də ölkəmiz 2 idmançı ilə təmsil olunur. 1/16 finalda Nicat Şıxəlizadə türkiyəli Sinan Sandalla, Tərlan Kərimov isə rusiyalı Mixail Pulyayevlə qarşılaşacaq.

 

 

Qadınlar arasında 48 kq çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edəcək. Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi sloveniyalı Kristina Vrsiç olacaq.

Digər idmançımız Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı sınağa çəkəcək.

 

52 kq çəki dərəcəsində 1/16 final mərhələsində qüvvəsini sınayacaq Səkinə Zairova israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirəcək.

 

57 kq çəkidə isə Kifayət Qasımova da yarışa 1/16 finalda serbiyalı Yovana Roqiçlə qarşılaşacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR