Bank Of Baku

İtaliyanın “fosnova.it” saytı I Avropa Oyunları ilə bağlı məqalə dərc edib

İtaliyanın “fosnova.it” saytı I Avropa Oyunları ilə bağlı məqalə dərc edib
# 23 iyun 2015 11:51 (UTC +04:00)

APA-nın məlumatına görə, məqalədə iyunun 22-dən 28-nə qədər Qafqazın ən böyük şəhəri Bakıda beynəlxalq səviyyəli idman tədbirinin - Birinci Avropa Oyunlarının keçirildiyi bildirilir. Müəllif məqalədə əsas diqqəti bu oyunlarda iştirakçılar sırasında yeni idman növlərinin də olmasına, həmçinin Avropa Oyunlarının açılışının həyata keçirildiyi və hazırda bir sıra oyunların təşkil olunduğu Olimpiya Stadionunun texniki imkanlarına yönəldib: “Avropa Oyunlarının siyahısına salınmış sambo və çimərlik futbolu bu miqyaslı yarışlar üçün tamamilə yenidir. Olimpiya Stadionunun işıqlandırılması üçün seçilmiş son nəsil Astro projektorları vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlir. Yüksək effektivliyə malik, enerjiyə və texniki xidmət xərclərinə qənaət edən bu qurğular arenanı keyfiyyətli  işıqla təmin edir. Bu cür projektorlar telereportajların yüksək keyfiyyətini təmin edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR