Bank Of Baku

Milad Beiqi Harçeqani: “Sizləri sevindirəcəyimə söz vermişdim...” - VİDEO

Milad Beiqi Harçeqani: “Sizləri sevindirəcəyimə söz vermişdim...” - <span style="color: red;">VİDEO
# 18 iyun 2015 20:43 (UTC +04:00)

Bakı-APA. Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani çempionluq sevincini bölüşüb. Bakı-2015 Avropa Oyunlarında 80 kq çəki dərəcəsində rəqib tanımayan 24 yaşlı idmançı apasport.az saytına açıqlamasında fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün özünü xoşbəxt saydığını bildirib.

 

O bildirib ki, yarışdan öncə verdiyi sözü yerinə yetirib: “Hələ yarışdan öncə sizləri sevindirəcəyimə söz vermişdim. Sözümün üstündə dayandım və qızıl medalı qazandım. Hamınıza təşəkkür edirəm”.

 

Qeyd edək ki, Harçeqani finalda rusiyalı Albert Quanla qarşılaşıb rəqibinə 9:4 hesabı ilə məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR