Bank Of Baku

Rusiyalı idmançı: “Bakıda rekorda imza atacağımı gözləmirdim”

Rusiyalı idmançı: “Bakıda rekorda imza atacağımı gözləmirdim”
# 22 iyun 2015 09:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakı-2015 I Avropa Oyunlarının bədii gimnastika üzrə yarışlarında rekord göstəriciyə imza atan rusiyalı Yana Kudryavtseva “Sports.ru” portalına müsahibəsində öz təəssüratlarını bölüşüb.

 

APA-nın məlumatına görə, lent, top, həlqə ilə hərəkətlərdə, eyni zamanda çoxnövçülükdə qızıl medal qazanan dünya çempionu Bakıda rekorda imza atacağını gözləmədiyini deyib.

 

“Azacıq səhvləri nəzərə almasaq, çıxışımdan razıyam. Xüsusilə də həlqə ilə hərəkətlərdə yaxşı alındı. Avropa Oyunlarında rəqabət güclü idi. Bir səhv səni birinci yerdən məhrum edə bilərdi. Bakıda rekordçu olacağımı gözləmirdim. Eyni zamanda onu da qeyd edim ki, elə burada keçirilən son Avropa çempionatında anam çıxışlarımı canlı izləmişdi. Lakin həmin yarışda top əlimdən düşmüşdü. O vaxtdan bəri anam çıxışlarıma canlı baxmır”.  

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR