Bakı - APA. “Bakı-2015 I Avropa Oyunları qeyri-olimpiya idman növlərinin gələcək inkişafına, daha da populyarlaşmasına və olimpiya hərəkatının tərkib hissəsinə çevrilməsinə böyük töhfə verəcək”.
APA-nın “rsport.ru” idman portalına istinadən verdiyi məlumata görə, bunu 3x3 basketbol idman növü üzrə Avropa Oyunlarının qalibi olan Rusiya yığmasının üzvü İlya Aleksandrov deyib.
“Rusiya komandalarının Bakı Oyunlarının basketbol yarışlarında qızıl medal qazanmağı əladır. Bu qələbə Rusiyada 3x3 basketbol idman növünün inkişafına böyük təkandır. Dünyada 3x3 basketbolun mövqeyinə gəldikdə, inanıram ki, o, olimpiya idman növü olacaq. Bakıda 3x3 basketbolun necə maraqlı, sürətli, dinamik olduğuna bir daha şahidlik etdiniz”, - deyə o vurğulayıb.