Bank Of Baku

Taekvondoçu Milad Harçeqani Avropa Oyunlarının qızıl medalını qazanıb - FOTOSESSİYA - VİDEO

Taekvondoçu Milad Harçeqani Avropa Oyunlarının qızıl medalını qazanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 iyun 2015 19:42 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, taekvondoçumuz finalda rusiyalı Albert Quana 9:4 hesabı ilə qalib gəlib.

 

80 kq dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).

 

Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub. 

 

Qeyd edək ki, Avropa Oyunları çərçivəsində Azərbaycanın yarışlarda iştirak etmiş taekvondoşçularından 4-ü yüksək nəticə göstərib. Artıq iki taekvondoçumuz- Ayxan Tağızadə və Mİlad  Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR