APA-nın məlumatına görə, Azərbaycanda keçirilən I Avropa Oyunlarının veloyürüş idman növü üzrə gümüş medal mükafatçısı, Ukrayna təmsilçisi Andrey Qrivko “vesti-ukr.com”a müsahibəsində belə deyib. O bildirib ki, idmançılar xüsusi inşa edilmiş atletlər kəndində qalır. 12 mərtəbəli binalarda hər cür şərait var: “Bu, “London 2012”dəki atletlər kəndilə müqayisədə çox böyükdür. Bütün ölkələrin nümayəndələri arasında dost münasibət var. Hər axşam Milli Olimpiya Komitəsi qaliblərin mükafatlandırma mərasimi təşkil edir. Yerli sakinlərin ukraynalılara münasibəti çox yaxşıdır. Bir sözlə, Bakıdan pozitiv təəssüratlarla ayrılıram”.
Ukraynalı atlet Bakıda qazandığı qələbənin dünya çempionatında və qarşıdakı illərdə keçiriləcək olimpiya oyunlarında mühüm əhəmiyyət daşıdığını qeyd edib.