Bank Of Baku

Ukraynanın Birinci Televiziyasında Bakı-2015-ə dair silsilə sənədli filmlər nümayiş olunacaq

Ukraynanın Birinci Televiziyasında Bakı-2015-ə dair silsilə sənədli filmlər nümayiş olunacaq
# 26 iyun 2015 16:15 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Birinci Dövlət Televiziyası Bakı-2015 I Avropa oyunlarının iştirakçıları haqqında sənədli film yayımlayacaq.

 

 

APA-nın Televiziyanın mətbuat xidmətinə istinadən məlumatına əsasən, televiziya film 6 hissədən ibarətdir və  hər bir hissə 20 dəqiqədir. Filmdə Ukrayna yığmasının ayrı-ayrı üzvlərindən və məşqçilərindən bəhs ediləcək. İdmançıların I Avropa Oyunlarına hazırlığı, Bakıdakı çıxışları, mükafatçıların və qaliblərin müsahibələri yer alacaq. İlk Avropa oyunlarından bəhs edən sənədli filmin Ukraynanın Birinci Dövlət kanalında iyunun 30-dan başlayaraq, çərşənbə axşamları yayımlanması nəzərdə tutulur.

 

 

Qeyd edək ki, Ukraynanın Birinci Dövlət Televiziyası Bakı - 2015 Avropa Oyunlarına 100 saatdan artıq efir vaxtı ayırmaqla, yanaşı oyunlarla bağlı 20 veriliş, 2700 reklam çarxı yayımlamaqdadır. 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR