Səməd Seyidov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb - FOTO
11 may 2012 09:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ-la Azərbaycan əlaqələrinin hazırkı inkişafı, ADU ilə Amerika universitetləri arasında mövcud əməkdaşlıq, ADU-dakı Amerika mərkəzinin fəaliyyəti haqda fikir mübadiləsi aparılıb. Səməd Seyidov Azərbaycan - ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunu, ADU-nun ABŞ universitetləri ilə əlaqələrinin bu istiqamətdə inkişaf etdirdiyini deyib. ADU-dakı İnformasiya Resurs Kompleksinin, o cümlədən Amerika mərkəzinin fəaliyyətindən danışan rektor bildirib ki, Amerika mərkəzinin ADU-da yerləşməsi universitetin imicini gücləndirir: “ABŞ-la münasibətlər çox vacib və əhəmiyyətlidir”.
O, bu sahədə ABŞ-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edib, eyni zamanda ABŞ səfirliyi ilə ADU arasında olan əməkdaşlıqdan və ikitərəfli əlaqələrdən məmnun olduğunu dilə gətirİB.
Adam Sterlinq ABŞ-Azərbaycan münasibətlərinin inkişafını yüksək qiymətləndirdiyini deyib. Azərbaycanın ABŞ-da təbliği üçün bir sıra layihələrin reallaşdırılmasından əminliyini ifadə edən A. Sterlinq səfirliklə əməkdaşlıq çərçivəsində ADU-da bir sıra birgə tədbirlərin keçirilməsindən və tələbələrlə ünsiyyətdən razı qaldığını açıqlayıb.

Sosial
Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb
12:48
18 may 2024
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024
Şahdağa 5, Qaxa 2 santimetr qar yağıb - Faktiki hava
11:02
18 may 2024