Zərdabda minik avtomobili ilə traktor toqquşub, xəsarət alan var

Zərdabda minik avtomobili ilə traktor toqquşub, xəsarət alan var
# 23 oktyabr 2017 20:24 (UTC +04:00)

Zərdabda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını ilə traktor toqquşub. Nəticədə Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Qoşqar Mirzə oğlu Abdullayev müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, müalicəsini davam etdirmək üçün Ağcabədi Rayon mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR