Mərkəzi Bank: Bu ilin 6 ayında banklar 78 mln. dollar və 100 mln. avro satıb

Mərkəzi Bank: Bu ilin 6 ayında banklar 78 mln. dollar və 100 mln. avro satıb
# 12 avqust 2016 14:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin I yarımili ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi Mərkəzi Bankın ötən ilin sonunda elan etdiyi yeni məzənnə rejimi çərçivəsində formalaşıb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı “Pul siyasəti” icmalında bildirilib.

İcmalda qeyd olunub ki, 2016-cı ilin 6 ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Belə ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,9 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,8 dəfə azalıb.

Dövr ərzində valyuta bazarında əməliyyatların 79%-i ABŞ dollarında, 21%-i digər valyutalarda aparılıb. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 2016-cı ilin yanvar-iyun aylarında banklar tərəfindən satılan xalis (yəni alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 73 dəfə azalaraq 78 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 4,4 dəfə azalaraq 100 mln. avro təşkil edib. Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, eləcə də, dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR