“Fitch”: Azərbaycanın bank sektoru maliyyələşmə ilə bağlı Mərkəzi Bankdan asılıdır

“Fitch”: Azərbaycanın bank sektoru maliyyələşmə ilə bağlı Mərkəzi Bankdan asılıdır
# 13 aprel 2016 07:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Neftin qiymətinin aşağı düşməsi nəticəsində manatın məzənnəsinin devalvasiyası Azərbaycanın banklarının kapitalına əhəmiyyətli dərəcədə təsir edib. “APA-Economics” xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin analitikləri qeyd edib.

Bildirilib ki, bir çox bankların reytinq proqnozları gələcəkdə mümkün təzyiqlər nəticəsində “neqativ” olaraq qalır. “Sektorda vaxtı keçmiş kreditlərin həcmi 2015-ci ildə orta hesabla 9,5% artıb. İqtisadi geriləmə nəticəsində isə aktivlərin keyfiyyət göstərici də əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu isə bəzi banklarda faiz dərəcəsinin yuxarı olması və restrukturizasiya olunmuş kreditlərin (təxminən 15%) həcminin çoxluğu ilə əlaqədardır”, - deyə analitiklər qeyd edib.

Ümumilikdə “Fitch” Azərbaycanın bank sektorunun kapitallaşmasını zəif olaraq qiymətləndirir. Bildirilib ki, 2015-ci ildə bankların gəlirliliyi aşağı düşüb. Bundan başqa, bank sektorunun maliyyələşmə baxımından Mərkəzi Bank, o cümlədən digər dövlət müəssisələrindən asılı vəziyyətdə olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR