İpoteka istiqrazlarının 50 mln. manatlıq emissiyasının birinci tranşı yerləşdirilir

İpoteka istiqrazlarının 50 mln. manatlıq emissiyasının birinci tranşı yerləşdirilir
# 05 dekabr 2017 07:05 (UTC +04:00)

Dekabrın 8-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AIF) 15 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar 1000 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 10 noyabr 2017-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR