Bakıda avtomobil qadını vuraraq öldürüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Şəhər sakini Əfqan Babayev idarə etdiyi "VAZ 2106" markalı avtomobillə yolu keçmək istəyən piyada Aytən Rzayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.