Goranboyda avtomobil maneəyə çırpılıb - FOTO

Goranboyda avtomobil maneəyə çırpılıb - FOTO
# 01 mart 2020 20:55 (UTC +04:00)

Goranboyda minik maşını qəzaya uğrayıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində baş verib.

"Mazda" markalı minik maşını Goran qəsəbəsi yaxınlığında idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində 1967-ci il təvəllüdlü Bakı sakini olan sərnişin Quliyeva Şöhrət Rüfət qızı ağır xəsarət alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomaşında olan digər şəxslər qəzadan yüngül xəsarətlə qurtulub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR