Ermənilərin atəşi nəticəsində ölən Ağdam sakini bu gün dəfn olunacaq

 Ermənilərin atəşi nəticəsində ölən Ağdam sakini bu gün dəfn olunacaq
# 29 aprel 2016 09:24 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı – APA. Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində aldığı qəlpə yaralarından dünyasını dəyişən Çəmənli kənd sakini Hüseynov Əli Müseyib oğlu bu gün dəfn olunacaq.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Axund Barat Bağırov Əli Hüseynovun meyitinin axşam saatlarında məscidə gətirildiyini deyib. Mərhum bu gün Çəmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, aprelin 27-dən 28-nə keçən gecə ermənilərin Ağdamın Çəmənli kəndini yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu da qəlpə yaraları alıb. Ağır vəziyyətdə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən Əli Hüseynov dünən günorta saatlarında vəfat edib.

Qeyd edək ki, həmin gün ermənilərin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından ölüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR