Azərbaycanda ipoteka kreditləri ucuzlaşıb

Azərbaycanda ipoteka kreditləri ucuzlaşıb
# 09 oktyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin sentyabr ayının 1-ə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 71,8 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,91% və ya 1,4 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iyul ayı ilə müqayisədə avqust ayında fondun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 6,6 mln. manat və ya 10,12% artıb.

Avqust ayında dövlət büdcəsindən AİF-ə vəsait ayrılmayıb.

Bu ilin yanvar-avqust aylarında AİF 58,7 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib. Belə çıxır ki, avqustda ipoteka kreditlərinin hamısı təkrar maliyyələşmənin hesabına aparılıb.

Avqustda fondun 5 mln. manat həcmində istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin sentyabrın 1-ə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 699,7 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,72%, aylıq ödəniş isə 297,5 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 978 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,82%, aylıq ödəniş isə 318,7 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR