Naxçıvan əhalisinin kreditləşməsində azalma davam edir

Naxçıvan əhalisinin kreditləşməsində azalma davam edir
# 19 mart 2016 09:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 5525,8 min manat məbləğində kreditlər verilib.

APA-Economics”in məlumatına görə, bu, 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,6 dəfə azdır. Başqa sözlə, ötən ilin ilk iki ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 19 mln. 957 min manata yaxın kreditlər verilib.

Yeri gəlmişkən, 1 mart 2016-cı il tarixə Naxçıvan banklarında açılmış bank hesablarının sayı 53677-yə çatıb ki, bunun da 50540-ı və ya 94,2%-i aktiv hesablardır. 2016-cı ilin yanvar-fevral aylarında açılmış 4838 bank hesabının hamısı aktiv hesablar olub.

Hesabat dövründə Naxçıvanda POS-terminalların sayı 1099-a çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR