Novruz Məmmədov: “Yalnız irəliyə doğru addım atmaq niyyəti görünərsə, prezidentlərin görüşü baş tuta bilər”

Novruz Məmmədov: “Yalnız irəliyə doğru addım atmaq niyyəti görünərsə, prezidentlərin görüşü baş tuta bilər”
# 20 noyabr 2015 13:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Prezidentlərin görüşü barədə məndə rəsmi məlumat yoxdur”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın əvvəllərində görüşünün nəzərdə tutulması barədə məlumatlara münasibət bildirərkən deyib.

N. Məmmədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev görüşlərdən çəkinmir: “Bununla belə, yalnız irəliyə doğru addım atmaq niyyəti görünərsə, belə görüş baş tuta bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırlar. Lakin görüş barədə məndə hələlik rəsmi məlumat yoxdur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR