Türkiyə ilk dəfə təşkil olunacaq Dünya Humanitar Yardım Sammitinə ev sahibliyi edəcək

Türkiyə ilk dəfə təşkil olunacaq Dünya Humanitar Yardım Sammitinə ev sahibliyi edəcək
# 19 may 2016 13:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyə tarixdə ilk dəfə təşkil olunacaq Dünya Humanitar Yardım Sammitinə ev sahibliyi edəcək.

Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı Səfirliyindən bildirilib. Məlumata görə, BMT baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammit Lütfü Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında baş tutacaq. Bhrana məruz qalan insanlar ilə ölkə liderlərinin ilk dəfə bir araya gəldiyi İstanbul Sammitində dünyada yaşanan humanitar problemlərin həlli yolları müzakirə ediləcək.

“Yeri gəlmişkən, Sammitin İstanbulda keçirilməsi humanitar yardım sahəsində örnək fəaliyyətləri ilə seçilən Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun bir göstəricisidir. Hazırda 3 milyondan artıq suriyalı qaçqının məskunlaşdığı Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkədir. Rəsmi humanitar yardımın milli gəlirə olan nisbətinə görə də dünyanın “ən səxavətli” donor ölkəsi statusunu qazanıb” - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR