Manat avroya qarşı möhkəmlənib

Manat avroya qarşı möhkəmlənib
# 15 yanvar 2016 06:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün yanvarın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətən məzənnəsi sabit qalıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 15-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dəyişməyərək 1,5706 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,05% və ya 0,0009 manat azalaraq 1,7097 manata enib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,98% artaraq 0,0206 manat səviyyəsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR