Manat avro və funta nisbətən bahalaşıb

 Manat avro və funta nisbətən bahalaşıb
# 12 avqust 2016 07:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 11-i ilə müqayisədə 0,25% artaraq 1,6102 manat səviyyəsinə yüksəlib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,01% zəifləyərək 1,7936 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,8% bahalaşaraq 0,0250 manata yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,2% möhkəmlənərək 0,5438 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0881 manatdır. Beləliklə, funt sterlinq 0,07%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,5% artaraq 0,6878 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR