Vergilər Nazirliyinin inzibati binasında təmir işləri aparılacaq

Vergilər Nazirliyinin inzibati binasında təmir işləri aparılacaq
# 02 yanvar 2016 11:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin inzibati binasında cari təmir işlərinin aparılması ilə bağlı elan edilmiş tenderin nəticələri açıqlanıb.

Satınalmalar üzrə Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, tenderdə “Meliorator Tikinti və Quraşdırma” MMC qalib gəlib.

Əldə olunmuş razılığa əsasən, Vergilər Nazirliyi inzibati binasında cari təmir işlərinin aparılması üçün bu şirkətə 54 532,37 manat ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR