"Azərsığorta" öhdəliklərini kəskin artırıb

"Azərsığorta" öhdəliklərini kəskin artırıb
# 31 mart 2016 09:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərsığorta” ASC 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 6 mln. 461 min 136 manat və ya 21,69% artaraq 36 mln. 255,153 min manat olub. Hesabat dövrünün sonuna cəmi uzunmüddətli aktivləri 5 mln. 40,381 min manat, cəmi qısamüddətli aktivləri isə 31 mln. 214,772 min manat təşkil edib.


2014-cü il ilə müqayisədə ötən il “Azərsığorta”nın nizamnamə kapitalı 6,67% və ya 500 min manat artaraq 8 mln. manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 11 mln. 377,135 min manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 441,923 min manat və ya 4,04% çoxdur.


2015-ci ildə şirkətin cəmi öhdəlikləri 6 mln. 19,213 min manat və ya 31,92% artaraq 24 mln. 878,019 min manata çatıb. Hazırda “Azərsığorta”nın cəmi uzunmüddətli öhdəlikləri 24 mln. 547,136 min manat, cəmi qısamüddətli öhdəlikləri 330,883 min manat təşkil edir.


“Azərsığorta” 2015-ci ili 3 mln. 377 min 134,71 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR