® "ADDA project" - fərqli yaşam tərzi

<font color=red>® </font> "ADDA project" - fərqli yaşam tərzi
# 30 sentyabr 2015 12:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ənənəvi üslubu müasirləşdirərək günümüzə inteqrasiya edən “ADDA Project” memarlıq və dizayn şirkəti dövrün tələblərinə cavab verən özünəməxsus iş üslubu ilə xidmətinizdədir.

APA-Economics” xəbər verir ki, “ADDA Project” - (Architecture Design Decoration Advise) şirkəti memarlıq, interyer-dizayn, memarlıq layihələrinin hazırlanması, tikinti, təmir və digər istiqamətlərdə fəaliyyət göstərir. Şirkətin peşəkar işçi heyəti arzulanan, istənilən bir məkanı reallaşdırmaqla, fərqli bir yaşam mühiti yaratmaqla hər zaman müştərilərin yanındadır.

“ADDA Project” irimiqyaslı layihələndirmə, dizayn və tikinti-təmir xidmətlərini təklif edir. Yarandığı gündən etibarən “ADDA Project” kreativ düşüncəli yaradıcı heyəti ilə müştəri etimadını qazanmaq və şirkətçilik prinsipinə əsaslanaraq sağlam bir mühitin formalaşmasına çalışır.

Şirkətin icraçı direktoru Namiq Abdullayev bildirib ki, 11 ildir “Euro dizayn” adı altında fəaliyyət göstərən şirkət 2014-cü ilin noyabr ayından rebrendinq olunaraq “ADDA Project” memarlıq və dizayn şirkəti kimi fəaliyyətini davam etdirir.

“Renrendinq olunmaqda məqsəd bu zamana qədər nail olduğumuz müsbət imici bazarda brend şəkildə formalaşdırmaq idi. Biz bir Azərbaycan brendini yaratmaq istəyirik və təkcə Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da fəaliyyət göstərməyi qarşımıza məqsəd qoymuşuq. İlkin olaraq, Türkiyə, Gürcüstan, İran bazarında bir neçə layihələrdə iştirak etmək niyyətindəyik”, - deyə N.Abdullayev vurğulayıb.

“ADDA Project” fəaliyyətində milli dəyərlərimizi əks etdirməklə beynəlxalq arenada söz sahibi olmağı hədəfləyir.

“ADDA Project” memarlıq və dizayn şirkəti hal-hazırda əsasən özəl sektorla daha çox çalışır. Bağ evləri, rezidensiyalar, şəxsi evlər, yeni binalarda görülən dizayn işləri şirkətin fəaliyyət sahələrindəndir. Paytaxt Bakıda göz oxşayan əksər binalarda, yaşayış komplekslərində, əyləncə mərkəzlərində, şadlıq evlərində təmir, dizayn işləri həyata keçirən şirkət hal-hazırda uşaq-əyləncə mərkəzi ilə bağlı layihə reallaşdırmaqdadır.

N.Abdullayevin sözlərinə görə, şirkət üçün vacib olan müştəri məmnuniyyətidir: “Bizə müraciət edən şəxslərlə qurduğumuz düzgün əlaqələrin, gördüyümüz işin keyfiyyətinin nəticəsidir ki, hər 10 müştəridən 8-i yenidən bizi seçir. Azərbaycanda bir sıra iri layihələri xarici şirkətlər həyata keçirsə də, biz artıq ölkəmizdə bu kimi layihələrdə iştirak etməkdə iddialıyıq. Bizim şüarımız fərqli yaşam tərzidir”.

“ADDA Project” memarlıq və dizayn şirkəti həyata keçirdiyi layihələr zamanı ekoloji təmizliyə xüsusi önəm verir. Şirkət zərərli, kimyəvi maddələrdən, sintetik məhsullardan uzaq olmağa çalışır. Bundan başqa, həyata keçirilən tikintilər zamanı təbiətə ziyan vurulmur, ağaclar kəsilmir. Şirkət ətraf mühitə mənfi ekoloji təsiri minimuma endirməyi qarşısına məqsəd qoyub, fəaliyyətini təbii qaynaqların qorunması istiqamətində qurub.

Şirkətin məqsədi müştərilərlə sabit əlaqələr yaradıb inkişaf etdirmək, fərqlənmək, rəqabətə davamlı, yüksək keyfiyyətli məhsul və servis imkanlarına sahib olmaqdır.

Bundan başqa, “ADDA Project” bu günün və sabahın tələblərinə cavab verə bilən, yüksək standartlara malik, estetik dəyərləri özündə əks etdirən, “insan ilə yaşayan” və lazım olduqda onun ehtiyaclarına görə dəyişə bilən məkanlar yaratmağı özünə hədəf seçib.

“Memarlığın insanların ətraf mühitlə qarşılıqlı harmoniyasını təşkil etdiyinə, rahat yaşayışa və insan xoşbəxtliyinə xidmət edən bir sənət sahəsi olduğuna inandığımız üçün bütün işlərimizdə müştərilərin məmnunluğunu təmin etmək əsas prinsipimizdir. Bu işi xüsusi həvəs və böyük coşqu ilə edirik. Bunları reallaşdıra biləcək qabiliyyətli, təcrübəli, dinamik kadrlarla yolumuza davam edirik”, - deyə “ADDA Project” memarlıq və dizayn şirkətinin icraçı direktoru Namiq Abdullayev bildirib.

"ADDA Project" - Öz üslubunuzu yaratmaqda bizə güvənin!

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi-33

"Əsra Palaza", 4-cü mərtəbə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR