Binəqədidə su basmış evdən biri uşaq olmaqla 3 nəfər xilas edilib

Binəqədidə su basmış evdən biri uşaq olmaqla 3 nəfər xilas edilib
# 02 oktyabr 2016 10:51 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda yağış sularının fərdi yaşayış evlərinin həyətinə yığılması nəticəsində biri uşaq olmaqla 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinaden verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 10:39-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR