Pambıq istehsalçılarına güzəştli kreditlər veriləcək

Pambıq istehsalçılarına güzəştli kreditlər veriləcək
# 26 dekabr 2015 09:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı pambıq istehsalçılarına müraciət edib.

Kredit təşkilatından “APA-Economics”ə verilən məlumata görə, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı ilə “CTS-AGRO” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, bu cəmiyyətin pambıq zavodlarına və məntəqələrinə pambıq təhvil vermiş istehsalçılara yaranmış borcların ödəniləcək.

Bununla yanaşı, “Aqrarkredit”, “CTS-AGRO” və pambıq istehsalçıları arasında bağlanacaq üçtərəfli müqavilə əsasında 2016-cı ildə pambığın istehsalı ilə bağlı yaz-tarla işlərinin və yığımın həyata keçirilməsi üçün fermerlərə güzəştli kreditlərin verilməsi məqsədilə tədbirlər görülür.

Bununla bağlı, Ağdam, Ağcabədi, Tərtər, Bərdə rayonlarının pambıq istehsalçıları “Aqrarkredit”in Bərdə, Biləsuvar və Salyandan olan fermerlər Salyan, Saatlı, Sabirabad, İmişli, Beyləqan pambıq istehsalçıları İmişli, Ağdaş və Ucar fermerləri Ucar, Goranboy rayonunun pambıq istehsalçıları Gəncə filiallarına müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR