Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək
Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.
“APA-Economics”in məlumatına görə, iyunun 13-də keçiriləcək depozit hərracında 150 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 1 ay təşkil edir.
Hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.
Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.